Mar 11 2019 18:39
Views: 1092

Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başlayıb. Müdafiə Nazirliyindən verilən məlumata görə, təlimlərə 10 min nəfərədək şəxsi heyət, 500-dək tank, zirehli texnika, eləcə də avtomobil və xüsusi texnika, 300-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 20-dək müxtəlif təyinatlı ordu və cəbhə aviasiyası cəlb olunub. Təlimlər martın 15-dək davam edəcək. Mütəxəssislər bildirir ki, təlimlərin ssenarisi Azərbaycan ordusuna döyüş əməliyyatları zamanı vərdişlərini təkmilləşdirmək baxımından xüsusi önəm daşıyır.


Create Account



Log In Your Account