Jun 26 2019 17:39
Views: 616

26 İyun Azərbaycan Ordusunun tarixində xüsusi gündür. 1918-ci ilin məhz bu günü Azərbaycan Xalq Cumhuriyyətinin ilk nizami ordu hissəsini yaradılıb. İlk hərbi hissənin formalaşmasında Rus İmperiyasının ordusunda xidmət etmiş azərbaycanlıların böyük rolu olub. Parlament təsis edildikdən sonra, onun qərarı ilə 1918-ci ilin dekabrında Səməd bəy Mehmandarov artilleriya qoşunlarının rəhbəri, Əliağa Şıxlinski isə onun müavini təyin olunur. Silahlı qüvvələrin təşkilinə Cümhuriyyət elan edildiyi ilk gündən başlanılıb. Ordunun yaradılması müstəqilliyin rəmzi kimi qəbul edilirdi. Təsadüfi deyil ki, 1918-ci il mayın 28-də İstiqlal bəyənnaməsi qəbul olunan zaman ilk yaradılan nazirliklərdən biri Müdafiə Nazirliyi olub. İlk kabinetdə Azərbaycan hökumətinin müdafiə naziri vəzifəsinə general Xosrov bəy Sultanov təyin edilib.


Create Account



Log In Your Account