Dec 29 2018 15:59
Views: 429

Milli Məclisdə Azərbaycan Parlamentinin 100 illiyinə həsr olunmuş "Azərbaycan parlamentarizmi tarixi" kitabının təqdimatı keçirildi. İki cilddən ibarət bu əsərdə qədim dövrlərdən indiyədək Azərbaycan xalqının keçdiyi yola nəzər salınır. Kitabda əsas diqqət Xalq Cümhuriyyətinin yaranması, onun yaranmasını vacib edən səbəblər, cümhuriyyət dövrü, ondan sonrakı sovet dövrü araşdırılır və bu dövrlərdə qərarların qəbul edilməsi ənənəsi öyrənilib.

"Azərbaycan parlamentarizmi tarixi" kitabı il yarıma ərsəyə gəlib. Əsər üzərində üç müəllif – vitse-spiker Bahar Muradova, millət vəkili Musa Qasımlı və tarixçi alim Vasif Qafarov işləyib. Zəngin mənbə və ədəbiyyatlardan geniş istifadə edilməklə hazırlanmış əsərin elmi məsləhətçisi və redaktoru Milli Məclisin sədri Oqtay Əsədovdur. 

Çıxış edənlər kitabın gələcək elmi-tarixi tədqiqatlar üçün gözəl mənbə rolunu oynayacağından əmin olduqlarını bildirdilər.

Kitabın birinci cildində qədim və orta əsrlər Azərbaycan dövlətlərində qərarların qəbul edilməsi ənənəsi, Azərbaycanın şimalının çar Rusiyası tərəfindən işğal edilməsindən sonra yaranmış durum araşdırılıb. İkinci cild isə 1991-2018-ci illəri əhatə edir. Əsər siyasətçilər, tələbələr, alimlər və Azərbaycan parlamentinin tarixi ilə maraqlanan şəxslər üçün nəzərdə tutulub.

 


Create Account



Log In Your Account