May 22 2020 18:15
Views: 395

Azərbaycan qazının Avropaya nəqli üçün inşa olunan Trans-Adriatik Boru kəmərinin (TAP) sınaq işləri çərçivəsində Azərbaycandan ilk qaz molekulları Albaniya ərazisinə çatıb. Bu barədə CBC-yə  SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov məlumat verib. Onun sözlərinə görə, bu, Azərbaycan üçün hasil edilən qazın artıq növbəti ölkəyə çatması baxımından əhəmiyyətli hadisədir:

 “İndiyədək Albaniya təbii qaz idxal etmirdi və ölkənin ərazisindən tranzit qaz keçmirdi. Beləliklə, Albaniyanın tarixində ilk dəfə olaraq boru kəməri vasitəsilə qaz çatdırılıb. Bununla Albaniya gələcəkdə öz enerji təchizatında təbii qazdan istifadə etmək imkanı əldə etmiş oldu. Bu həm Albaniya, həm Avropa Birliyi, həm də Azərbaycan üçün böyük hadisədir. O cümlədən, Azərbaycan üçün də hasil edilən qazın artıq növbəti ölkəyə çatması baxımından əhəmiyyətli hadisədir”.


Create Account



Log In Your Account