Oct 11 2019 13:48
Views: 273

Azərbaycan Fransa Prezidentinin təşəbbüsü ilə yaradılan QİÇS, vərəm və malyariya ilə mübarizə üzrə Qlobal Fonda dəstək verib. Fransa Prezidenti Emmanuel Makron Azərbaycan Prezidenti İlham Əliyevə zəng edərək bununla bağlı xahiş edib. Prezident İlham Əliyev Fransa Prezidentinin bu təşəbbüsünə öz dəstəyini ifadə edib və Azərbaycan tərəfinin bu xəstəliklərlə mübarizə işinə əhəmiyyətli töhfə verməyə hazır olduğunu bildirib. Söhbət zamanı dövlət başçıları ikitərəfli münasibətlərin inkişafı və iki ölkənin prezidentləri arasında gələcək təmaslarla bağlı məsələləri müzakirə ediblər. Qeyd edək ki, Qlobal Fondun Lionda keçirilən konfransıda Fransa prezidenti Azərbaycanın bu dəstəyini xüsusi qeyd edib. 
Fondun rəsmi tvitter hesabında da Azərbaycana verdiyi maddi dəstək üçün təşəkkür edilib. Xatırladaq ki, Fransa prezidenti Emmanuel Makronun təşəbbüsü ilə yaradılan fond qarşıdakı 3 il ərzində 14 milyard dollar ianə toplamağı nəzərdə tutur. Əsas məqsəd isə QİÇS, vərəm və malyariyadan əziyyət çəkən 16 milyon insane yardım etmək, daha güclü səhiyyə sisteminin qurulmasına dəstək olmaqdır.  Fond hər üç ildən bir maliyyə imkanlarını artırmaq və ianə toplamaq məqsədilə konfrans keçirir. Builki konfransda Microsof, Google, Mastercard, Rokfeller kimi şirkətlər də Fondun fəaliyyətinə dəstək verəcəklərini bəyan ediblər. Dünya Səhiyyə Təşkilatının məlumatına görə, QİÇS, vərəm və malyariya hər il dünyada 2 milyon yarıma yaxın insanın həyatına son qoyur. Bunun böyük bir qismi səhiyyə sistemi zəif olan Afrika ölkələrinin payına düşür.


Create Account



Log In Your Account