Dec 21 2017 15:56
Views: 1519

Gələn il Bakıda Formula-1 yarışı əvvəlki illərlə müqayisədə daha tez - aprel ayında baş tutacaq. Bu məqsədlə Azərbaycan Qran-Prisinə hazırlıq çərçivəsində tikinti-quraşdırma işlərinə daha tez başlanılır. Bu həftədən Xəqani küçəsinin Puşkin küçəsi ilə Bülbül prospekti arasında olan hissəsində baryerlər quraşdırılacaq. Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən verilən məlumata görə, tikinti işlərinin miqyası birinci illə müqayisədə azalıb.
Bbu haqda Bakı Şəhər Halqası Əməliyyat Şrkətinin şöbə rəhbəri deyir ki, pit binası olduğu kimi qalıb: «Asfalt qatı yenilənmir. Beton bloklar bir mərkəzdə olan bəzi küçələrdə artıq var, indidən etibarən biz yavaş-yavaş beton blokların quraşdırılmasına başlayıcağıq. Tribunaların qrudırılmasına başlayacağıq, çünki vaxtımız o qədər çox deyil. Yarış aprelin 29-da keçiriləcək. İşlərimizi elə qurmuşuq ki, tam yeni qrafikə uyğunlaşaq”. 
Tikinti-quraşdırma işlərinin əsasən iki mərhələdə həyata keçirilməsi nəzərdə tutulur. İlkin mərhələ martın sonunadək davam edəcək və bu mərhələdə trekin bəzi hissələrində asfalt qatında bərpa işləri aparılmaqla yanaşı, trek boyunca təhlükəsizlik baryerləri quraşdırılacaq. Həmçinin trek ətrafında tribunalar və digər müvəqqəti tikililərin inşası nəzərdə tutulur. İkinci mərhələ martın sonundan yarış həftəsinədək davam edəcək.


Create Account



Log In Your Account