Sep 09 2019 19:19
Views: 190

"Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət" və "GUAM məkanında dondurulmuş münaqişələr və onların beynəlxalq sülh, təhlükəsizlik və inkişaf üçün fəsadları" adlı qətnamə layihələri  BMT Baş  assambleyasının 74-cü sessiyasının  gündəliyinə müvafiq olaraq 38 və 32-ci bəndlər altında salınıb. Politoloqların fikrincə, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini hələ də yerinə ytirmyənErmənistana qarçşı təzyiq mexanizmləri işə salınlmalıdır. Əks halda Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması istiqamətində irəliləyişə nail olmaq mümkün olmayacaq.
Sessiyanın gündəliyində ümumilikdə 172 məsələ, o cümlədən sülh və təhlükəsizlik, silahsızlaşdırma, Afrikanın inkişafı, narkotiklərin qanunsuz yayılmasının qarşısının alınması, beynəlxalq terrorçuluğa qarşı mübarizə və digər problemlər var. Politoloqların fikrincə, Ermənistan-Azərbaycan, Dağlıq qarabağ münaqişəsi ilə bağlı məsələnin Assambleyanın gündəliyinə salınması müsbət haldır. Lakin bu müzakirələr konkret nəticələrə gətirib çıxamalıdır. 
Ekspertlər hesab edirlər ki, Rəsmi Yerevan status-kvonun saxlamaqda maraqlıdır, bu isə münaqişənin hər an alovlanması riskini artırır, regionda sülhə və təhlükəsizliyə ciddi təhdid yaradır. Politoloqların fikrincə, bu, beynəlxalq ictimaiyyətə də məlum olan həqiqətdir, ona görə də işğalçşı dövltə qarşı qəti tədbirlər görülməlidir. BMT Baş Assambleyasının 74-cü sessiyasının rəsmi açılışı sentyabrın 17-də Nyu-Yorkda keçiriləcək. Ənənəvi ümumi müzakirələr sentyabrın 24-dən 30-dək baş tutacaq.


Create Account



Log In Your Account