Jun 08 2018 16:36
Views: 710

Amerika Birləşmiş Ştatlarında səfərdə olan Azərbaycanın Ritm Rəqs qrupunun üzvləri Ronald Reyqan Binası və Beynəlxalq Ticarət Mərkəzinin dəstəyi və ilə bu kompleksin tərkib hissəsi olan Vudrou Uilson Plazada konsert proqramı ilə çıxış ediblər.
Ronald Reyqan Beynəlxalq Ticarət Mərkəzinin rəsmisi Alison Makkiten bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin keçirilməsi münasibəti ilə ölkəmizi təbrik edib.  
Açıq havada baş tutan konsert yerli amerikalıların və turistlərin diqqətini cəlb edib. Bəzi tamaşaçılar da musiqiçilərə qoşularaq rəqs ediblər.
Milli rəqslərlə yanaşı Azərbaycanın xalq mahnıları, o cümlədən “Sarı Gəlin” ifa olunub.
Xatırladaq ki, ABŞ-ın keçmiş prezidentinin adını daşıyan Ronald Reyqan Binası və Beynəlxalq Ticarət Mərkəzində ABŞ-ın İnkişaf Agentliyi, Gömrük və Sərhəd Mühafizəsi Xidməti və Elm xadimləri üçün Beynəlxalq Vudrou Uilson Mərkəzi yerləşir. Bu bina, həmçinin ABŞ-ın əsas sosial, iqtisadi və mədəni tədbirlərinə ev sahibliyi edir.


Create Account



Log In Your Account