Dec 25 2018 19:05
Views: 353

Azərbaycan-Rusiya münasibətlərinin inkişafı hər iki ölkənin maraqlarına cavab verir. Ekspertlər hesb edir ki, ikitərəfli əməkdaşlığın genişlənməsi regionda sabitliyin qorunmasına da müsbət təsir göstərir.
Azərbaycan və Rusiya liderlərinin qarşılıqlı etimada əsaslanan münasibətləri strateji maraqlar çərçivəsində daha geniş əməkdaşlığa yaxşı zəmin yaradır. Azərbaycan Prezidenti İlham Əliyev bu barədə Rossiya-24 telekanalına müsahibəsində bildirib.  Ekspertlərin fikrincə, münasibətlərin indiki məzmunu hər iki ölkənin regiondakı strateji maraqlarına uyğundur.  
Rusiyalı politoloq Sergey Markovun sözlərinə görə, Azərbaycanla Rusiya arasında çox yaxşı tərəfdaşlıq münasibətləri formalaşıb. Bundan başqa, iki lider - Azərbaycan və Rusiya prezidentləri arasında dostluq münasibətləri var. 2018-ci ildə Rusiya ilə Azərbaycan arasında münasibətlərin inkişafında pozitiv tendensiya davam edib. 
Rusiya prezidenti Vladimir Putin daha əvvəl Azərbaycan Prezidentinə ad günü münasibətilə ünvanladığı məktubda iki ölkə arasında strateji tərəfdaşlığın möhkəmlənməsinə dövlət başçısı İlham Əliyevin şəxsi töhfəsinin əvəzsiz olduğunu bilıdirib. Vladimir Putin Prezident İlham Əliyevin həmvətənləri arasında və xaricdə haqlı olaraq təcrübəli və uzaqgörən siyasi xadim, öz ölkəsinin həqiqi lideri kimi nüfuz qazandığını qeyd edib. Ekspertlər hesab edir ki, bu iki lider arasında şəxsi dostluq münasibətlərinin çox yüksək səviyyədə oldmasının göstəricisidir.
Ekspertlər hesab edir ki, Azərbaycanla Rusiya arasında münasibətlər keyfiyyətcə yeni bir mərhələyə qədəm qoyub. Dövlət başçılarının qarşılıqlı səfərlərinin intensivləşməsi də bir çox sahəlrdə maraqların üst-üstə düçşdüyünü göstərir.
Ekspertlər hesab edir ki, geosiyasi şərtlər, ortaq iqtisadi maraqlar və münasibətlərin indiki ruhu iki dövlət arasında əlaqələrin gələcəkdə daha da inkişaf etdirilməsi üçün əlverişli şərait yaradır. Bu baxımdan 2019-cu ildə də ikitərəfli münasibətlərdə müsbət dinamikanın müşahidə ediləcəyi proqnozlaşdırılır.


Create Account



Log In Your Account