Mar 12 2019 18:39
Views: 255

İndiyə qədər Rusiya Azərbaycan iqtisadiyyatına 4,2 milyard dollar, Azərbaycan isə Rusiya iqtisadiyyatına 1 milyard dollardan çox investisiya yatırıb. Bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev Bakıda keçirilən  “Azərbaycan Respublikası investisiya layihələrinin reallaşdırılması yolunda: “Qazprombank” SC-nin imkanları” mövzusunda biznes-seminarda məlumat verib. Bildirib ki, Azərbaycan-Rusiya əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə çatıb, ötən il dövlətlər arasında ticarət dövriyyəsi 20% artaraq 2,55 mlrd. dollara çatıb.

Biznes-seminarda Qazprombank-ın Azərbaycanda bir neçə mühüm layihənin maliyyələşdirilməsində iştirak etdiyi və yeni əməkdaşlıqda maraqlı olduğu qeyd edilib.

100-dən çox iş adamının qatıldığı biznes-seminarı İqtisadiyyat Nazirliyi, AZPROMO, Azərbaycan-Rusiya İşgüzar Şurası və "Qazprombank" birgə təşkil edib. Azərbaycan-Rusiya İşgüzar Şurasının İdarə Heyətinin sədri Səməd Qurbanov bildirib ki, "Qazprombank" Azərbaycanda uğurlu fəaliyyət göstərir.

Biznes-seminarda "Qazprombank"ın birinci vitse-prezidenti Aleksey Çiçkanov və bankın digər rəhbər şəxsləri müxtəlif mövzularda məruzələrlə çıxış ediblər. Yeni əməkdaşlıq üçün potensial sahələr barədə fikir mübadiləsi aparılıb.


Create Account



Log In Your Account