Oct 07 2019 20:34
Views: 50

Azərbaycan prezidentinin “Valday” diskussiya klubunun forumunda şəxsən iştirak etməsi Azərbaycanın bu foruma, eləcə də Rusiya ilə olan münasibətlərə nə qədər önəm verdiyini göstərir. Bunu CBC-yə müsahibəsində Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev deyib. 
Bildirib ki, Azərbaycanın dövlət başçısı həm “Valday” forumunda çıxışı, həm də yerli televiziyalara müsahibəsində rəsmi Moskva ilə əlaqələri yüksək qiymətləndirdiyini qeyd edib. Prezident İlham Əliyev Rusiyanı strateji tərəfdaş adlandırmaqla yanaşı bir önəmli məqamı da ifadə edib.


Create Account



Log In Your Account