Apr 04 2019 18:23
Views: 183

Cari ilin ilk 2 ayında Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4 faiz artaraq 340 milyon dollar olub. Bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev Bakıda keçirilən Azərbaycan-Rusiya Sənaye Əməkdaşlığı Forumunda məlumat verib. Qeyd edib ki, indi Azərbaycanda sənaye, tikinti, ticarət, xidmət, bank, İKT, nəqliyyat, kənd təsərrüfatı və digər sahələrdə 700-dək Rusiya kapitallı müəssisə fəaliyyət göstərir. Azərbaycan bu əməkdaşlığı genişləndirməkdə maraqlıdır.

Şahin Mustafayev bildirib ki, biznes-forumda müzakirə olunan məsələlərlə bağlı iyulda daha bir görüş keçiriləcək. Yekaterinburqda baş tutacaq görüşdə  qarşıdakı 3 ayda hazırlanan konkret layihələrə nəzər salınacaq. Rusiya da Azərbaycanla birgə layihələr həyata keçirməkdə maraqlıdır. Bunu Rusiyanın sənaye və ticarət naziri Denis Manturov bəyan edib. Bildirib ki, ölkəsi Azərbaycanla əməkldaşlıqda xüsusilə sənaye, neft-qaz, kənd təsərrüfatı kimi sahələr üzrə yeni imkanlar görür.

Qeyd olunub ki, bu günədək Rusiya Azərbaycan iqtisadiyyatına 4,4 milyard dollar investisiya yatırıb. Azərbaycanın Rusiyaya sərmayə qoyuluşunun həcmi isə 1,2 milyard dollardan çoxdur.

Forum çərçivəsində iki ölkənin müxtəlif şirkətləri arasında 3 əməkdaşlıq sazişi imzalanıb.


Create Account



Log In Your Account