Oct 07 2019 19:21
Views: 16

Ümumi maraqlar və  dövlət başçıları arasındakı qarşılıqlı etimad. Ekspertlərin fikrincə, bu, Azərbaycan və Rusiya arasında uğurlu strateji tərəfdaşlığın əsasını təşkil edir. İki ölkə liderlərinin Soçidəki görüşü bir çox vacib sahələrdə tərəfdaşlığı daha da gücləndirdi.
Soçidəki “Valday” forumunda Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyev ölkələr arasında hərbi-texniki əməkdaşlığı davam etdirmək qərarını təsdiqləyiblər. Rusiyadan hərbi texnikanın alınması barədə artıq  imzalanmış müqavilələrin həcmi 5 mlrd dollar təşkil edir.
 Rusiyalı ekspert Yevgeni Mixaylovun fikrincə, Ermənistandakı narazılığa baxmayaraq, ölkələr arasında hərbi-texniki sahədə əməkdaşlıq gələcəkdə də davam edəcək
Ekspertlərin fikrincə, Azərbaycan Rusiyanın iştirakı ilə Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin daha konstruktiv olacağına inanır. Rəsmi Moskva bu məsələdə Bakıya dəstək nümayiş etdirir. Rusiyalı ekspert İqor Korotçenkonun fikrincə, “Valday” beynəlxalq diskussiya klubunun növbəti sessiyası da bunu göstərir.


Create Account



Log In Your Account