Oct 01 2019 18:57
Views: 245

Azərbaycan Dünyanın 20 ən islahatçı ölkəsindən biridir. Bu, Dünya Bankının nəşr etdiyi “Doing Business 2020” hesabatının ilkin buraxılışında əksini tapıb. Buraxılışda qeyd edilir ki, Azərbaycan əsas 4 sahədə islahat aparıb. Bunlar “Əmlakın qeydiyyatı”, “mikroinvestorların hüquqlarının müdafiəsi”, “Kreditlərin alınması” və “Müqavilələrin icrasının təmin edilməsi” sahələridir.
Ekspertlərin fikrncə  Azərbaycanın reytinqinin yüksəlməsi ölkədə biznesin həyata keçirilməsi prosedurlarının daha asanlaşmasının nəticəsidir.
Ekspertlər qeyd edirlər ki, Son illərdə Azərbaycanda əmlakın qeydə alınması prosedurları əhəmiyyətli dərəcədə sadələşib.
 “Doing Business indeksinin metodologiyasına uyğun olaraq hesabatın göstəriciləri üzrə prosedurların sadələşdirilməsi, rəqəmsallaşma və qanunvericilik dəyişiklikləri həm nəzəri, həm praktiki mərhələdə tam icra olunduğu hallarda islahat tədbirləri kimi qiymətləndirilir. Xatirladaq ki, “Doing Business 2019” hesabatında Azərbaycan 190 ölkə arasında 25-ci yerdə qərarlaşmışdı.


Create Account



Log In Your Account