Sep 19 2019 18:50
Views: 253

Azərbaycan Respublikası əsir-girovların “hamının-hamıya” prinsipi əsasında azad olunması və əsir-girov götürülən şəxslərin, eyni zamanda, meyitlərin üç gündən gec olmayaraq qaytarılmasını beynəlxalq təşkilatların vasitəçiliyi ilə 2016-cı ilin aprelində Ermənistana təklif edib. Bu barədə Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının yaydığı məlumatda deyilir. Bildiriilir ki, bunun əksinə olaraq, kütləvi informasiya vasitələrində son günlər işğal altındakı Kəlbəcər rayonunda girov götürülmüş Dilqəm Əsgərovun və Şahbaz Quliyevin Azərbaycan ərazisində terror-təxribat əməllərinə görə həbs edilmiş Karen Kazaryan və Azərbaycan Ordusuna könüllü təslim olmuş Araik Kazaryanla qarşılıqlı mübadilələrinə Azərbaycanın hazır olmadığı barədə açıqlamalar verilir. Dövlət Komissiyası bildirir ki, bu şəxslərin mübadilə edilməsinə Azərbaycanın hazır olması barədə növbəti dəfə aidiyyəti beynəlxalq təşkilatlara 2019-cu il  sentyabrın 11-də rəsmi məlumat verilib. Komissiya əsir-girovların eyni prinsip əsasında qısa müddətdə azad edilməsinə tərəfdar olduğunu bir daha bəyan edir. Ekspertlər bildiri ki Azərbaycan dəfələrlə bu cür təşəbbüslərlə çıxış edib, lakin Ermənistanın həmişə məsələyə qeyri-konstruktiv yanaşıb.


Create Account



Log In Your Account