Jun 19 2019 15:43
Views: 566

Azərbaycan İstiqlal Muzeyi  xalqımızın milli-azadlıq hərəkatını əks etdirən ilk müstəqil muzeydir. Bunu Azərbaycan İstiqlal Muzeyinin 100 illiyinə həsr olunmuş “Muzey, arxiv və kitabxanalarda qorunan milli dəyərlərin tədqiqi, təbliği, mühafizəsi və bərpası” mövzusunda III respublika konfransında çıxışı zamanı Milli Azərbaycan Tarix Muzeyinin direktoru Nailə Vəlixanlı bildirib. 1919-cu il dekabrın 7-də Azərbaycan Xalq Cumhuriyyətinin Parlamentinin işə başlamasının ildönümü münasibətilə onun binasında açılan muzey elə parlamentin nəzdində fəaliyyət göstərib. Xalq Cumhuriyyəti süqut etdiyindən yarım il sonra onun fəaliyyətini Azərbaycan Dövlət Muzeyi davam etdirib. Çox sonralar Azərbaycan Dövlət Muzeyinin bazasında Milli Azərbaycan Tarixi Muzeyi yaradılıb.

Moskva muzeyinə aparılan eksponatları sırasında İstiqlal bəyənnaməsinin orijinalı, hərbi hissələrin bayraqları, Azərbaycan parlamentinin protokolları, dövlət bayrağı və digər muzey dəyərli əşyalar olub. Əsas məqsəd isə cumhuriyyət tarixini unutdurmaq idi. Azərbaycan 2-ci dəfə müstəqillik əldə etdikdən sonra bu eksponatların vətənə qaytarılması məqsədilə cəhdlər edilsə də, bu mümkün olmayıb. Bununla belə bəzi eksponatlar bu gün Milli Azərbaycan Tarixi Muzeyində saxlanılır.

Milli Azərbaycan Tarixi Muzeyində 300 mindən artıq eksponat saxlanılır, onların böyük əksəriyyəti - 100 minə qədəri arxeoloji eksponatlardır. Bu muzey Azərbaycan İqtiqlal Muzeyinin varisi kimi Azərbaycanın tarix və mədəniyyətini, milli bədii irsini nümayiş və təbliğ edən ilk muzey kimi fəaliyyətini davam etdirir.


Create Account



Log In Your Account