May 27 2020 18:38
Views: 333

Azərbaycanla Səudiyyə Ərəbistanı koronavirusla mübarizə sahəsində bir-birinin təcrübəsindən yararlanır. Bu haqda Azərbaycanın bu ölkədəki səfiri Şahin Abdullayev CBC-yə müsahibəsində danışıb. COVID-19 pandemiyasının Azərbaycanla Səudiyyə Ərəbistanı münasibətlərinə təsirini təhlil edən səfir bildirib ki, koronavirus ən çox turizm sahəsinə təsir göstərib. Son 2 ildə fəallaşan turist gediş-gəlişi pandemiyaya görə faktiki dayanıb. İqtisadi münasibətlərdə isə alternativ enerji sahəsində başlayan əməkdaşlıq istiqamətində danışıqlar davam etdirilir. OPEC+ çərçivəsində də Azərbaycanla Səudiyyə Ərəbistanı sıx əməkdaşlıq edir.


Create Account



Log In Your Account