Jul 12 2019 16:18
Views: 440

 “20 ildən çoxdur Azərbaycan və İsveçrə arasında bir çox layihə uğurla həyata keçirilib. Gələcəkdə isə daha sıx əməkdaşlıq edəcəyimizə ümid edirəm”. Bunu İsveçrənin Azərbaycana yeni təyin olunmuş səfiri Muriel Peneveyre İsveçrənin Milli Günü və Azərbaycanla İsveçrə arasında ikitərəfli texniki əməkdaşlığın 20-ci ildönümünə həsr olunmuş rəsmi qəbulda deyib.

Azərbaycanın Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Gündüz Cəfərov bildirib ki, Azərbaycan və İsveçrə arasında əlaqələr yüksələn xətt üzrə inkişaf edir. İkitərəfli münasibətlərin inkişafı üçün yeni imkanların yaradılması istiqamətində daim iş aparılır. Millət vəkili Asim Mollazadə hesab edir ki, hər iki ölkənin siyasi-iqtisadi əlaqələrin inkişafı üçün böyük potensial var.

İsverçə ilə Azərbaycan arasında 20 il öncə humanitar sahədə başlayan əməkdaşlıq sonradan turizm, sahibkarlıq, xüsusilə kənd təsərrüfatı sahəsində texniki yardımla əvəzlənib. İsveçrənin 2 donor təşkilatının həyata keçirdiyi humanitar, maliyyə  və texniki yardımlardan yararlanan kiçik sahibkarlar  bu əməkdaşlığın faydalarını təcrübə mübadiləsində görürlər. Bu layihələr həm də Azərbaycanın regionlarında fəaliyyət göstərən kiçik sahibkarlara dəstəklənməsini ehtiva edir.

Azərbaycanda 300-dən artıq isveçrə şirkəti fəaliyyət göstərir. İki ölkə arasında əməkdaşlıq münasibətlərinin inkişafı üçün yeni imkanlar nəzərdən keçirilir.

 


Create Account



Log In Your Account