Jan 15 2019 14:38
Views: 337

Azərbaycanda tam avtomatlaşdırılmış tranzit sisteminə keçmək üçün fəal işlər aparılır. Dövlət Gömrük Komitəsinin tranzit əməliyyatları şöbəsinin rəhbəri Fərid Vəliyev CBC-yə müsahibəsində belə deyib. Bildirib ki, artıq bunun üçün müvafiq hüquqi baza yaradılıb. Hələ ötən ilin oktyabrında Dövlət Gömrük Komitəsi beynəlxalq yük daşımalarının kompyuterləşdirilməsinin əsas prinsiplərini təsdiq edib. Beynəlxalq avtomobil ittifaqı və BMT-nin Avropa İqtisadi Komissiyasına təqdim olunub.

Avropa İttifaqının kompyuterləşdirilmiş tranzit sisteminə qoşulmaq üçün Azərbaycan bu sahədə beynəlxalq təcrübəni öyrənir. Fərid Vəliyevin sözlərinə görə, ölkə başçısının göstərişinə əsasən Avropa yeni kompyuterləşdirilmiş tranzit sisteminə qoşulmaq üçün milli qanunvericiliyin uyğunlaşdırılması və tranzit zəmanət sisteminin yaradılması kimi məsələlər gömrük orqanlarına həvalə olunub.

Bu hesabatın nəticələrinə əsasən isə qanunvericiliyin təkmilləşdirilməsinin əsas istiqamətləri müəyyən olunub. Bu tədbirlərin əlaqələndirilməsi üçün işçi qrup yaradılıb. Bu qrupun görəcəyi işləri özündə əks etdirən tədbirlər planı təsdiq edilib. Əsas məsələlərdən biri tranzit zəmanət sisteminin yaradılması və bu barədə normanın qanunverciliyə daxil edilməsidir. Tranzit daşımalarının elektronlaşdırılması Azərbaycan üzərindən daşınan yüklərin daha sürətli keçidinə, beləliklə yük axınlarının artmasına təkan verəcək. Azərbaycan Şimal-Cənub və Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizlərində tranzit mövqeyə malikdir. Avropa və Asiyanın qovşağına yerləşən ölkə tranzit daşımalarında mühüm rol oynayır. Bu baxımdan tam elektronlaşdırılmış tranzit sisteminə keçid yeni imkanlar açır.


Create Account



Log In Your Account