Feb 04 2019 14:12
Views: 324

Azərbaycan tarixi muzeyi gələn il 100 yaşını qeyd edəcək. Gözlənilən bu əlamətdar tarixlə bağlı muzeydə əsaslı yenidənqurma işləri aparılr. Muzey fondunun daha da zənginləşdirilməsi istiqamətində də tədbirlər görülür.

Azərbaycan Tarixi Muzeyi öz qapılarını ziyarətçilərin üzünə 1920-ci ildə açıb. Azərbaycan tarixinin öyrənilməsi və təbliğində, tarixi eksponatların qorunub saxlanılmasında muzeyin xüsusi yeri var. Gələn il qeyd olunacaq 100 illiklə bağlı burda ekspozisiyalar yenilənir, yenidənqurma işləri aparılır.

Muzeyi ziyarət edənlərin sayında hər il artım müşahidə olunur. 2018-ci ildə Azərbaycan tarixi muzeyini 20 mindən çox insan ziyarət edib.

Muzeyin 100 iliyi ilə bağlı qiymətli eksponatların sayının artırılması planlaşdırılır. Muzeyə yeni numizmatika nümunələri də daxi olub. Muzeyin Numizmatika fonduna verilən 142 nümunədən 36-sı sikkə, qalanları kağız pul və istiqrazlardır. Sikkələr XVI-XIX əsrlərə, kağız pullar isə ХХ srə aiddir. Bu nümunələr muzey fondunun zənginləşdirilməsinə önəmli töhfə kimi qiymətləndirilir.

Yubiley ilə bağlı tədbirlər planında muzeyin çoxillik fəaliyyətinə dair yeni kataloqların, buklet və broşurların nəşri də nəzərdə tutulur.


Create Account



Log In Your Account