Nov 18 2019 16:20
Views: 60

Azərbaycanlı idmançılar idmanın bütün sahələrində yüksək nəticə göstərirlər. Ölkədə atıcılıq idman növü də uğurla inkişaf edir. Bu idman növündə Azərbaycanı uğurla təmsil edən idmançılardan biri də Ruslan Lunyovdur. Bir müddət öncə Ruslan Lunyov Tokio-2020 Yay Olimpiya oyunlarına vəsiqə qazanıb.

2017-ci ildə Bakıda keçirilən İslam oyunları Ruslan Lunyovun karyerasında ən uğurlu yarış hesab olunur. Bu yarışlarda atıcı 5 qızıl medal qazanıb. Ruslan Lunyovun əsas müəllimi isə atası Vladimir Lunyovdur.

Atıcılıqdan başqa Ruslan Lunyov digər idman növləri ilə də maraqlanır. Boş vaxtlarında tennis oynamağı çox sevir. İndi o, artıq Tikoida keçiriləcək Yay Olimpiya Oyunlarına hazırlaşır. Ruslan Lunyov, burada da Azərbacanı layiqində təmsil edəcəyinə inanır.


Create Account



Log In Your Account