Aug 22 2019 16:47
Views: 306

Azərbaycan bütün dünya ölkələri ilə qarşılıqlı qazanc əsasında əməkdaşlığa hazırdır. Bunu Ankarada keçirilən “Azərbaycan-Türkiyə-Rusiya: enerji və nəqliyyat” forumunda Azərbaycanın Türkiyədəki səfirliyinin müşaviri Ramil Qurbanov deyib. Bildirib ki, Azərbaycan Türkiyə ilə TANAP, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars kimi enerji və nəqliyyat layihələri həyata keçirib. Eyni zamanda Rusiya ilə də sıx əməkdaşlıq mövcuddur.

Ramil Qurbanov bildirib ki, Azərbaycan Rusiya və Türkiyə ilə ikitərəfli əlaqələrlə yanaşı, çoxtərəfli əməkdaşlığa da önəm verir. Türkiyənin Xarici İşlər Nazirliyinin nümayəndəsi Zafer Atəş Azərbaycanın Türkiyədə əsas sərmayəçilərdən biri olduğunu, eyni zamanda Rusiya ilə enerji sahəsində əməkdaşlığın genişləndiyini deyib. Üç ölkənin xüsusilə enerji və nəqliyyat sahəsində çoxtərəfli əlaqələrinin inkişafı üçün yaxşı potensial olduğunu qeyd edib.

Forumda Azərbaycan və Türkiyədən vətəndaş cəmiyyətinin nümayəndələri, ekspertlər də iştirak ediblər.


Create Account



Log In Your Account