Sep 16 2019 19:34
Views: 217

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın səkkizinci iclasının Protokolu imzalanıb.Protokolu Azərbaycanın Baş Naziri Novruz Məmmədov və Türkiyənin Vitse-prezidenti Fuat Oktay imzalayıblar.Protokolda Komissiyanın səkkizinci iclasının Azərbaycan və Türkiyə arasında müxtəlif sahələrdə əlaqələrin inkişaf etdirilməsinə müsbət təsir göstərəcəyinə əminlik ifadə olunub.Eyni zamanda, Azərbaycan ilə Türkiyə arasında müxtəlif sahələrdə əməkdaşlığa dair müzakirələrin nəticəsi olaraq, iclasın Protokoluna əlavə kimi tərtib edilmiş Fəaliyyət Planı da qəbul edilib. Komissiyanın iclasında iqtisadi sahədə əlaqələrin inkişafı üçün gömrük prosedurlarının sadələşdirilməsi, eyni zamanda Bakı-Tbilisi-Qars dəmir yolunda ortaq tariflərin tətbiqi ilə bağlı müzakirəlrə aparılıb.


Create Account



Log In Your Account