Sep 17 2019 18:50
Views: 653

Bakının bolşevik-daşnak işğalından azad olunmasının 101-ci ildönümü münasibətilə Türkiyənin Tuzluca rayonunda yerləşən Təkaltı dağına doğru Azərbaycan-Türkiyə həmrəylik yürüşü keçirilib. Yürüşə rəsmi şəxslər, o cümlədən yerli ictimaiyyətin nümayəndələri, QHT və KİV təmsilçiləri qatılıblar. Yürüşçülər Azərbaycan və Türkiyənin dövlət bayraqlarını, həmçinin Milli Qəhrəman Mübariz İbrahimovun portretini Ağrıdağı Dağçılıq və Təbiət İdman Növləri Klubunun simvolik olaraq Milli Qəhrəman Mübariz İbrahimovun adını verdiyi zirvəyə qaldırıblar. Azərbaycan və Türkiyənin dövlət bayraqları Təkaltı dağının zirvəsində dalğalandılıb.Qeyd edək ki, Tuzluca rayonundan Təkaltı dağına gedən yol da Milli Qəhrəman Mübariz İbrahimovun adını daşıyır.Azərbaycanın Qars şəhərindəki baş konsulu Nuru Quliyev bildirib ki, Azərbaycan-Türkiyə qardaşlığını tərənnüm edən bu yürüş mənəvi birlik rəmzidir. Yürüşə Türkiyənin Azərbaycandakı keçmiş səfiri, Azərbaycanın dostu Hulusi Kılıç da qatılıb.


Create Account



Log In Your Account