Jul 30 2020 16:41
Views: 556

Azərbaycan və Türkiyə ortaq hərbi  təlimləri davam edir. Hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri keçirilir. Birgə təlimlərə iki ölkənin ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, həmçinin hərbi aviasiya və hava hücumundan müdafiə vasitələri cəlb edilib. Plana əsasən təlimlər avqustun 1-dən 5-dək quru qoşunlarının da cəlb edilməsi ilə Bakıda və Naxçıvanda, hərbi aviasiya vasitələrinin iştirakı ilə isə iyulun 29-dan avqustun 10-dək Bakı, Naxçıvan, Gəncə, Kürdəmir və Yevlax şəhərlərində keçiriləcək. Ekspertlər qeyd  edir ki, Türkiyənin müdafiə sənayesi dinamik inkişaf edir. Tərəfdaş ölkə Azərbaycanla bu sahədə nailiyyətlərini bölüşməyə hazırdır. Ortaq təlimlər döyüş meydanında Azərbaycanın üstünlüyünü gücləndirməyə yardım edəcək.

Ekspertlər deyirlər ki, genişmiqyaslı təlimlərdən başqa Azərbaycan və Türkiyə ortaq  silah və hərbi texnika istehsalı üzrə layihə də həyata keçirir.

Türkiyəli ekspertlər qeyd edirlər ki, Azərbaycan silahlı qüvvələri həm şəxsi heyətin sayına, həm də silahlanmaya  görə erməni ordusundan üstün mövqedədir. Ermənistan düşünülməmiş hərəkətlərlə özünün onsuz da  acınacaqlı olan siyasi, iqtisadi və hərbi mövqeyini ağırlaşdırır. Rəsmi Yerevanın düşdüyü dalandan yeganə çıxış yolu isə Azərbaycan torpaqlarının işğaldan azad edilməsidir. Ekspertlər əlavə edir ki, ancaq o zaman Ermənistanla Türkiyənin münasibətlərinin normallaşmasından danışmaq olar.


Create Account



Log In Your Account