Nov 13 2019 18:59
Views: 92

Yüz minlərlə azərbaycanlının əsrlər boyu yaşadıqları ərazilərdən məhrum edilmələri böyük bir hüquq pozuntusu, cinayət və ədalətsizlikdir ki, bu da tezliklə aradan qaldırılmalı, işğala son qoyulmalı və azərbaycanlılar öz torpaqlarına qayıtmalıdırlar. Dağlıq Qarabağın azərbaycanlı icmasının sədri Tural Gəncəliyev Los Ancelesdə Azərbaycan, Pakistan və Türkiyə baş konsulluqlarının birgə təşkil etdiyi tədbirdə çıxışı zamanı belə deyib. Tural Gəncəliyev Ermənistanın Azərbaycana qarşı işğalçılıq və etnik təmizləmə siyasəti barədə danışaraq, bu işğal nəticəsində yüzminlərlə azərbaycanlının didərgin salındığını və bu gün də məcburi köçkün kimi yaşadıqlarını diqqətə çatdırıb.Türkiyə və Pakistan icmalarına Azərbaycanın haqlı mövqeyinə Los Ancelesdə verdikləri dəstəyə görə təşəkkürünü bildirib. 


Create Account



Log In Your Account