Aug 23 2019 17:11
Views: 241

Azərbaycana  gələn turistlərin coğrafiyasını genişləndirmək üçün ən mühüm məsələlərdən biri ölkənin turizm imkanlarının tanıdılmasıdır. Bu məqsədlə Dövlət Turizm Agentliyi və onun tabeliyində olan Azərbaycan Turizm Bürosu müxtəlif tədbirlər görür. Əsas məqsəd ölkəyə daha çox turistin cəlb edilməsidir. Sentyabrdan bir sıra ölkələrdə həyata keçiriləcək təqdimatlar da bu amala xidmət edir.

Təqdimatlarda Azərbaycanın turizm şirkətlərinin və otellərinin təmsilçiləri, eləcə də, sözügedən ölkələrdən yüzlərlə turizm şirkətinin nümayəndələri iştirak edəcək. Turizmin müxtəlif istiqamətləri üzrə ixtisaslaşmış təşkilatlar arasında birbaşa görüşlər baş tutacaq və gələcək tərəfdaşlıq üçün ikitərəfli müzakirələr aparılacaq.

Azərbaycan turizminin əcnəbilər arasında təbliğatı bununla bitmir. Kənan Quluzadə deyir ki, xarici ölkələrin turizm agentlikləri, bloggerləri üçün hər həftə ölkə daxilində turlar təşkil edilir. Bu istiqamətdə görülən işlərin sayəsində Azərbaycana gələn turistlərin sayında davamlı artım müşahidə edilir.

Dövlət Turizm Agentliyinin rəsmisinin sözlərinə görə, bu il Avropa ölkələrindən, xüsusən də, Almaniyadan gələnlər çoxalıb. Səudiyyə Ərəbistanı, Böyük Britaniya, ABŞ və digər ölkə turistlərinin sayında da artım müşahidə edilir. İlin sonunadək ölkəyə gələn əcnəbilərin sayının 3 milyonu keçəcəyi gözlənilir.


Create Account



Log In Your Account