Apr 12 2019 18:25
Views: 1015

 “Azərbaycan və Böyük Britaniya arasında münasibətlər Avropa ölkələri üçün bir nümunədir”. Bunu Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov “Azərbaycan və Böyük Britaniya əməkdaşlığının 100 illiyi” kitabının təqdimat mərasimində çıxışı zamanı deyib. Qeyd edib ki, iki ölkə arasındakı əlaqələrin dərin tarixi kökləri var.

Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi iki ölkə arasındakı əlaqələrin müasir inkişaf səviyyəsindən də danışıb. Qeyd edib ki, Böyük Britaniya Azərbaycanın Avropada ən etibarlı tərəfdaşlarından biridir. Bu gün BP şirkəti dünyada enerji sahəsində fövqəladə rola malikdir. Kitabın müəllifi, SOCAR-ın vitse-prezidenti Rəfiqə Hüseynzadə Britaniyanın “Senate Publishing” nəşriyyatının çap etdiyi əsər barədə ətraflı məlumat verib. Bildirib ki, kitab Azərbaycan tarixi, Cümhuriyyət dövrü, Sovetlər dönəmi və müstəqllik illərində Böyük Britaniya ilə ölkəmiz arasındakı münasibətlərdən bəhs edir.

Xarici işlər nazirinin müavini Ramiz Həsənov Azərbaycan-Böyük Britaniya münasibətlərinin tarixindən danışıb. Bildirib ki, bu kitab iki ölkə arasındakı əlaqələrin, onları şərtləndirən amillərin öyrənilməsinə açılan bir pəncərədir.

 “Senate Publishing” nəşriyyatının rəhbəri, Lordlar Palatasının üzvü David Evans çıxışında qeyd edib ki, Azərbaycanda Böyük Britaniyanın 500-ə yaxın şirkəti fəaliyyət göstərir. Səmimi dostluğa söykənən bu münasibətlərin bundan sonra da davam etdiriləcəyinə əminliyini bildirib. Kitabın növbəti təqdimatının Londonda keçirilməsi nəzərdə tutulur.


Create Account



Log In Your Account