Jun 07 2019 16:59
Views: 149

Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu zamanı Rusiya Prezidenti Vladimir Putinlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında görüş olub. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi ilə də bağlı müzakirə aparılıb. Bu görüşün münaqişənin həlli prosesinə mümkün təsirləri və ümumiyyətlə nizamlanma prosesinin hazırkı mərhələsini studiyamızın qonağı politoloq Zaur Məmmədovla müzakirə etmişik.

Z.Məmmədov deyib ki, ATƏT Minsk qrupunun regiona səfəri zamanı azərbacyanlı hərbçinin öldürülməsi Ermənistanın hansı yolu tutduğunu açıq göstərir: “Təəssüf ki, ATƏT-in Minsk qrupunun əsas məqsədi münaqişəni həll etmək deyil, münaqişəsinin müharibə fazasına keçməməsinə nail olmaqdır. Dondurulmuş vəziyyət bir çox ölkələrə sərf edir. Bəzən məndə elə təəssürat yaranır ki, Azərbaycan və Ermənistan üçüncü ölkələr olmadan birbaşa dialoqa keçsələr, daha yaxşı olardı.  Çünki bilirik ki, dünyadakı münaqişələrin həllində ayrı-ayrı güclərin maraqlarınn toqquşması hansı katostrofik hallara gətirib çıxara bilər”.


Create Account



Log In Your Account