Nov 11 2019 16:51
Views: 36

“Latviya-Azərbaycan münasibətləri uzun illərdir ki, inkişaf edir. Ənənəvi müsbət əməkdaşlıq ölkələr arasındakı siyasi, iqtisadi və sosial əlaqələrdə öz əksini tapır”. Bunu Latviyanın Azərbaycandakı səfiri Dainis Qarançs CBC-yə eksklüziv müsahibəsində bildirib. Diplomatın sözlərinə görə, ölkələr əməkdaşlığın əsas seqmentlərinin şaxələndirilməsi və inkişafı istiqamətində xeyli işlər görürlər.

 

Səfirin sözlərinə görə, Azərbaycan-Latviya münasibətlərinin əsasını iqtisadi əməkdaşlıq təşkil edir. Hər iki ölkə özəl sektorlar arasında əlaqələri genişləndirərək, bu sahənin inkişafı üçün səy göstərirlər. 2019-cu ilin sonunadək ölkələr arasında ticarət həcminin 30 milyon avroya çatacağı gözlənilir ki, bu da keçən ilin son rəqəmindən təxminən 50 faiz çoxdur.

 

Latviya tərəfi Azərbaycanla tranzit yük daşımaları sahəsində də əməkdaşlıqda maraqlıdır. Səfirin sözlərinə görə, Bakı-Tbilisi-Qars nəqliyyat dəhlizi Latviya üçün də yeni perspektivlər açır.

 

İndi qarşılıqlı investisiya, İT texnologiyaları, istehsal, ticarət və digər sahələri inkişaf etdirmək üçün hər iki ölkə kompleks tədbirlər həyata keçirirlər.

 


Create Account



Log In Your Account