Jul 31 2019 15:25
Views: 198

Azərbaycan Mərakeşin ölkəmizin ərazi bütövlüyü və suverenliyinə verdiyi dəstəyi yüksək qiymətləndirir. Bunu Azərbaycan xarici işlər nazirinin müavini Ramiz Həsənov Mərakeşin milli bayramı - Taxt-Tac Günü münasibətilə keçirilən rəsmi qəbulda deyib. bildirib ki, Mərakeş Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində hər zaman Azərbaycanın ədalətli mövqeyini dəstəkləyib. öz növbəsində rəsmi Bakı da dost ölkənin yanında olub.

Ramiz Həsənov qeyd edib ki, inidiyədək Mərakeş və Azərbaycan arasında 23 hüquqi sənəd imzalanıb. İki ölkə arasında münasibətlər yüksələn xətlə inkişaf edir.  Mərakeşin Azərbaycandakı səfiri Məhəmməd Adil Embarş ölkəsinin əldə etdiyi nailiyyətlərdən danışıb. bildirib ki, Kral VI Məhəmmədin hakimiyyətə gəlişindən keçən 20 il ərzində ölkə iqtisadiyyatının modernləşməsi, gender məsələləri və yoxsulluğa qarşı mübarizə milli prioritetlərə çevrilib.

Səfir qeyd edib ki, ölkəsi ilə Azərbaycan arasında münasibətlər müxtəlif səviyyələrdə inkişaf edir. Hər iki ölkə bir çox məsələlərdə eyni mövqedən çıxış edir. Səfir Saxara məsələsində konstruktiv mövqeyinə, Mərakeşin ərazi bütövlüyünü dəstəklədiyinə görə Azərbaycana təşəkkürünü bildirib. Diplomat vurğulayıb ki, iki ölkə arasında ticarət dövriyyəsinin həcmi sabit şəkildə artmaqda davam edir. Qarşılıqlı turist səfərlərinin sayında da artım var.


Create Account



Log In Your Account