Oct 01 2019 19:53
Views: 255

Dünyada ikinci ən böyük iqtisadiyyata malik ölkə olan Çinlə Azərbaycan arasında əlaqələrin qədim tarixi var. iki ölkə arasında ticarət münasibətləri hələ min illər əvvəl mövcud olub. Çindən Azərbaycana və əksinə Qədim İpək Yolu vasitəsilə yüklər daşınıb. Müstəqil Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında iqtisadi sahədə əməkdaşlıq da bir çox istiqamətdə uğurla inkişaf edib. Ekspertlər hesab edir ki, xüsusilə 2015-ci ildə Azərbaycan prezidentinin Pekinə səfərindən sonra ikitərəfli əlaqələr yeni mərhələyə qədəm qoyub.
Çin Xalq Respublikasının sədri Si Cinpin 2013-cü ildə Avrasiya ölkələri arasında infrastrukturun yaradılması və qarşılıqlı əlaqələrin qurulmasına yönələn “Bir kəmər, bir yol” adlı yeni iqtisadi inkişaf strategiyası elan edib. Strategiya iki əsas inkişaf istiqamətini nəzərdə tutur: “İpək Yolu İqtisadi Kəməri” və “Dəniz İpək Yolu”. Azərbaycan Cənubi Qafqazda Bir Kəmər Bir yol təşəbbüsünün reallaşmasında həlledici ölkə hesab olunur.
Artıq Bir Kəmər və Bir Yol dəhlizinin Azərbaycanın təşəbbüskarı olduğu Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə inteqrasiyası istiqamətində müəyyən işlər görülüb.  bu təşəbbüsə inteqrasiyası əhəmiyyətli nəticələr əldə verib.Bu il iyulun 6-da Çinin Xian şəhərindən yola düşən maşın avadanlıqları və elektron qurğular yüklənmiş qatar 17 günlük səfərdən sonra Bakıya çatıb. Bu marşrut digərləri ilə müqayisədə daha qısa sayılır. İkitərəfli əməkdaşlıqda daha bir istiqamət isə Çin sərmayəsinin Azərbaycanda qeyri-neft sektoruna cəlbidir.
Azərbaycanla Çin arasında ümumi ticarət dövriyyəsi  ötən il 1.3 milyard dollardan çox olub. Bunun böyük bir hissəsi Azərbaycanın Çindən idxalının payına düşür. 2015-ci ildə Çin Azərbaycanın ticarət tərəfdaşları arasında 9-cu ölkə idisə, ötən ilin sonunda artıq 4-cü ən böyük ticarət tərəfdaşı olub.


Create Account



Log In Your Account