Oct 14 2019 19:03
Views: 384

Azərbaycan və Çində ölkələr arasında əlaqələrin tarixlərini araşdıracaq Mərkəz yaradılacaq. Bununla bağlı Çinin Dünya Tarixi İnstitutu ilə Azərbaycanın Tarix İntitutu arasında müqavilə imzalanıb.
Razılaşmaya əsasən, mərkəzlərdə iki ölkə arasındakı qarşıqlılı əlaqələrin tarixi qədimdən müasir dövrədək tədqiq olunacaq. Çinin Dünya Tarixi İnstitutunun direktoru Van Çaoquanq bildirib ki, Azərbycan və Çin dost ölkələrdir. Qədim İpək Yolu iki ölkənin xalqları arasında dostluq münasibətlərinin əsasını qoyub. O bildirib ki, Çin-Azərbaycan əlaqələrinin tarixinin araşdırılması yeni faktları üzə çıxaracaq. Onun sözlərinə görə, Çin mənbələrində Azərbaycan və Xəzər dənizi barədə əhəmiyyətli məlumatlar var. 
Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru Yaqub Mahmudov bildirib ki, müqavilənin əsas mahiyyəti iki ölkə arasında qədim əlaqələri dirçəltməkdir. Eyni zamanda Çində Azərbaycan tarixi haqqında kitablar çap olunacaq.
Tədbirdə qeyd olunub ki, yaxın vaxtlarda Tarix İnstitutunda “Azərbaycan-Çin əlaqələri tarixindən” adlı kitab nəşr olunacaq. Kitabın müəllifləri hər iki ölkədən olan tarixçi alimlərdir.


Create Account



Log In Your Account