Sep 20 2019 16:34
Views: 372

Azərbaycan və Çin müştərək Aqrar-sənaye parkı yaradır. Bununla bağlı Azərbaycan İnvestisiya şirkəti ilə Çinin CAMCE şirkəti arasında anlaşma memorandumu imzalanıb. Hazırda Aqrar-sənaye parkın yaradılması ilə bağlı işlər layihə mərhələsindədir. İlk müvafiq işçi qrupunun yaradılması və parkın yerləşməsi imkanları istiqamətində işlərə start veriləcək.

Azərbaycan-Çin münasibətlərinin inkişafında mühüm istiqamətlərdən biri ticarət dövriyyəsinin artırılmasıdır. Bu ilin ilk 6 ayında Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2,3 dəfə artaraq 1 milyard 400 milyon dolları keçib. Azərbaycandan ixracın əsasını neft təşkil etsə də, son illər ticarət dövriyyəsinin şaxələndirilməsi müşahidə olunur.

Azərbaycanda 120-dək Çin kapitallı şirkət qeydiyyata alınıb. Ötən dövr ərzində Azərbaycan tərəfindən Çinə 1,7 milyard ABŞ dolları, Çindən isə Azərbaycana 800 milyon ABŞ dollarından artıq investisiya yatırılıb. Ölkəmizdə dövlət vəsaiti hesabına icra edilən 600 milyon ABŞ dolları dəyərində layihələrdə Çin şirkətləri iştirak edib. Azərbaycan Çinin Cənubi Qafqazda əsas ticarət tərəfdaşıdır.


Create Account



Log In Your Account