Aug 03 2019 15:21
Views: 558

başlanan “Azərbaycanda aqrobiznes imkanlarının baş planı” layihəsi bu çərçivədə atılan addımlardan biridir. Layihə Niderlandın bitkiçilik sahəsində ən mühüm təhsil və elmi-tədqiqat müəssisəsi Vageningen Universiteti və Kənd Təsərrüfatı Nazirliyi ilə birgə icra olunur. Niderlandın Azərbaycandakı səfiri Onno Kervers CBC-yə müsahibəsində bu barədə məlumat verib.

İlk mərhələsi hələ 2017-ci ildə başlayan layihə çərçivəsində xüsusi xəritə tərtib olunub. bu xərtiədə Azərbaycanın bölgələrində torpaq-iqlim şəraitindən asılı olaraq hansı bitkinin yetişdirilməsinin məqsədəuyğun olması əksini tapıb. Bu işlər 9 ay ərzində uğurla tamamlanıb.

Diplomat bildirib ki, layihə ölkələr arasında əməkdaşlıq üçün geniş imkanlar yaradır. Layihənin ikinci fazası Azərbaycanlı kənd təsərrüfatı istehsalçılarına həm məhsulun yetişdirilməsində, həm də bazarlara çıxarılmasına və marketinqdə dəstək verilməsini nəzərdə tutur. 


Create Account



Log In Your Account