Oct 09 2019 19:20
Views: 158

“İki il əvvəl imzalan yol xəritəsinə uyğun olaraq Azərbaycanla Qazaxıstan arasında  ticari-iqtisadi əlaqələrin davamlı genişləndirilməsi və ticarət dövriyyəsinin artırılması üçün mühüm addımlar atılır”. Bunu Ticarət-iqtisadi əməkdaşlıq üzrə Azərbaycan və Qazaxıstan birgə hökumətlərarası komissiyasının Bakıda keçirilən 16-cı iclasında energetika naziri Pərviz Şahbazov deyib. Qeyd edib ki, Azərbaycanla Qazaxıstan dost və qardaş ölkələr olmaqla bərabər, strateji tərəfdaşdırlar.
Nazir qeyd edib ki, İlin sonunadək  Nur-Sultan şəhərində açılacaq Azərbaycan Ticarət Evi daha çox məhsul ixracına imkan yaradacaq. İclasda ticarət-iqtisadi, yanacaq-energetika, nəqliyyat, logistika, informasiya-kommunikasiya texnologiyaları, kənd təsərrüfatı və digər sahələrdə mövcud vəziyyət və əlaqələrin genişləndirilməsi perspektivləri müzakirə edilib. Azərbaycan şirkətlərinin Qazaxıstanda həyata keçirilən infrastruktur layihələrində və digər istehsal sahələrində iştirakının təmin edilməsi üçün qarşılıqlı məlumat mübadiləsinin aparılması tövsiyə edilib.
Azərbaycanın sənaye parkının məhsullarının Qazaxıstan bazarına çıxarılması, eləcə də qazax şirkətləri ilə birgə müəssisələrin yaradılması, bərpa olunan enerji üzrə əməkdaşlıq imkanlarının nəzərdən keçirilməsi razılaşdırılıb. Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə yüklərin daşınmasına Qazaxıstanın böyük maraq göstərdiyi vurğulanıb. Sonda Birgə hökumətlərarası komissiyanın 16-cı iclasının yekunlarına dair Protokol imzalanıb. Komissiyanın 17-ci iclasının 2020-ci ildə Nur-Sultanda keçirilməsi razılaşdırılıb.


Create Account



Log In Your Account