Oct 08 2019 16:11
Views: 247

Bişkekdə Azərbaycan-Qırğızıstan Hökumətlərarası Birgə Əməkdaşlıq Komissiyasının iclası keçirilib. Qırğızıstanın nəqliyyat və yollar naziri Jenişbek Noqoybayev Azərbaycan hökumətindən tranzit daşımaları üçün kvotaların artırılmasını xahiş edib. Nazir bildirib ki, Qırğızıstanın tranzit daşımaları üçün 50 kvotası var. Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubov bu problemlə bağlı məlumatlı olduğunu bildirib. “Biz bu məsələyə tam ciddiyyətlə yanaşırıq”. – Yaqub Eyyubov belə deyib. İclasda iqtisadi-ticarət əlaqələrin genişləndiriməsi ilə bağlı müzakirəlrə aparılıb.
Komissiyanin iclasında, yanacaq-energetika, nəqliyyat, logistika, informasiya-kommunikasiya texnologiyaları, Azərbaycan peyklrindən istifadə, kənd təsərrüfatı, regional əməkdaşliq məsələləri ilə bağlı müzaKirələr aparılıb.
Toplantının sonunda 16-cı iclasının yekunlarına dair Protokol imzalanıb. Azərbaycan nümayəndə heyətini Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov da qəbu edib. Görüşdə ölkələr arasında əlaqələrin hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

 


Create Account



Log In Your Account