May 19 2018 17:21
Views: 706

4 FOYE - Milli Konservatoriyanın tələbə xorunun ifalarından ibarət konsert proqramı belə adlanır. Xor kapellası 28 nəfəri birləşdirir. Onlar konsertdə Azərbaycan və Qərbi Avropa bəstəkarlarının əsərləri, eyni zamanda xalq mahnılarından ibarət 23 əsər ifa ediblər.
Kollektivin üzvləri konsert proqramı üçün günlərlə, saatlarla məşq ediblər. Yorulsalar da, birgə işdən zövq almağı bacarıblar. Xorun rəhbəri, əməkdar incəsənət xadimi Dilarə Əliyeva tələbələrin xor dərslərinə həvəslə və məsliyyətlə yanaşdıqlarını deyir.
Konsertdə azyaşlılardan ibarət xor kapellası da öz ifalarını təqdim etdi. Balacalardan ibarət kollektiv 18 nəfərdən ibarətdir.


Create Account



Log In Your Account