Jun 08 2019 20:46
Views: 309

Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən XXIII Beynəlxalq İqtisadi Forumunun sonuncu günündə Azərbaycan və Rusiya işgüzar şura üzvlərinin görüşü keçirilib. Görüşdə qeyd olunub ki, Azərbaycan və Rusiya arasında TİCARƏT DÖVRİYYƏSİ son bir il ərzində 14 % artıb, bu isə 2,4 milyard dollar deməkdir. Rusiya öz növbəsində Azərbaycan iqtisadiyyatına 4 milyadr dollara yaxın sərmayə yatırıb. Azərbaycanın Rusiya iqtisadiyyatına sərmayə qoyuluşu  1 milyar dollardır. Görüşdə çıxış edən Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin Azərbaycan ilə Rusiya arasında əmtəə, xidmətlər dövriyyəsi, qarşılıqlı pul köçürmələrinin mütəmadi olaraq artdığını bildirib.
Azərbaycan nümayəndə heyətinin rəhbəri, İqtisadiyyat naziri Şahin Mustafayev isə ötən il ərzində Azərbaycan ilə Rusiya arasında əmtəə dövriyyəsinin 19%, bu ilin birinci rübü ərzində isə 23% artdığını xatırladıb.
“Qazprombank”ın vitse-prezidenti İvan Ryutov isə öz növbəsində Azərbaycanla iqtisadi münasibətlərin qurulmasında yeni vektorun olduğunu deyib. Ryutov mövcud layihələrlə yanaşı gələcək planlardan da danışıb.
“Socar polimer” Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru Fərid Cəfərov isə diqqəti gələcək perspektivlərə yönəldərək, Antipinsk zavodu barədə açıqlama verib. SOCAR-ın hələ ki bu zavodun səhmdarı olmadığını lakin gələcəkdə bu layihəyə daxil olmaq istədyini diqqətə çatdırıb. “Socar polimer” barədə danışan Fərid Cəfərov layihənin uğurla reallaşmasının yeni əməkdaşlığa təkan verdiyini qeyd edib.
23-cü  Beynəlxalq İqtisadi Forum çərçivəsində Azərbaycan nümayəndə heyətinin rəhbəri, İqtisadiyyat naziri Şahin Mustafayev və Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin arasında ikitərəfli görüş keçirilib.forum çərçivəsində Azərbaycanla Rusiya arasında bir neçə müqavilə imzalanıb. Foruma bu gün yekun vurulur.


Create Account



Log In Your Account