Jan 24 2019 16:12
Views: 619

Bakıda Müasir İncəsənət Muzeyində Azərbaycan və İsveçrə fotoqraflarının birgə sərgisi açılıb. Sərgi İsveçrənin Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə baş tutub.

Sənətkarlığın sirləri nəsildən-nəslə ötürülür. Bu fotoların hər birində ənənəvi sənətkarlıq öz ifadəsini tapır. Fotoqraf Elman Mustafazadəyə öz ideyasını həyata keçirmək üçün 2 il lazım olub. Bu müddət ərzində o öz işinin mahir ustalarını tapmaq üçün Azərbaycanın ən ucqar bölgələrinə səyahət edib. Şüşə sənətkarları, toxucular, heykəltaraşlar, şəbəkə mozaikası ustaları – hər birinin özünəməxsus hekayəsi var.

İsveçrə isə əsrarəngiz təbiət və pendiri ilə bütün dünyada məşhurdur. Fotoqraf Sedrik Kristofer Merklin müəllif layihəsində 300 illik tarixi olan “Yustistalda pendir bölüşdürülməsi” ənənələrini təqdim edir.

Bu sərgi İsveçrə Səfirliyi ilə birgə həyata keçirilən ilk layihə deyil. İsveçrənin Azərbaycandakı səfirinin sözlərinə görə, bu il mədəniyyət və incəsənət sahəsində yeni layihələr də planlaşdırılır.

Azərbaycan və İsveçrənin qədim ənənələrini əks etdirən bu sərgi fevralın 5-nə kimi ziyarətçilər üçün açıq olacaq.


Create Account



Log In Your Account