Jan 25 2019 16:08
Views: 399

Bakıda İtaliya-Azərbaycan beynəlxalq kinofestivalında hər iki ölkənin tanınmış aktyor və rejissorlar bir araya gələcək. Bu ünsiyyət isə seminarlar, diskussiyalar, görüşlər, kommersiya mübadiləsi ilə zəngin olacaq proqramın daha da canlanmasına səbəb olacaq. Festival çərçivəsində “La Piovra” serialında canlandırdığıı Tano Carridi obrazı ilə keçmiş sovet məkanında məşhur olan aktyor və rejissor Remo Gironenin ustad dərsləri də təşkil olunacaq.

Kinofestivalda Azərbaycan filmi olan “Çölçü” də nümayiş olunacaq. Filmin premyerası 2012-ci ildə olub. “Çölçü” bir çox beynəlxlalq kinofestivallarda, o cümlədən İtaliyada təqdim olunub, bir sıra mükafatlara layiq görülüb”

Festivalın keçirilməsində məqsəd iki ölkənin kinematoqrafiya dilinin, tarixinin və təkamülünün təbliğidir. Kinofestivalın sonunda  “Zoroastro” mükafatının təqdimatı da keçiriləcək. Festival yanvarın 30-dək davam edəcək.


Create Account



Log In Your Account