Nov 09 2019 16:24
Views: 118

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin, “Kaspi” qəzeti və təhsil şirkətinin, Əl-Xarəzmi adına Urgənc Dövlət Universitetinin birgə layihəsi ilə “Azərbaycan və Özbəkistanın ədəbi əlaqələri: Hüseyn Cavid və Çolpan - dünya dramaturgiyasının zirvəsi” adlı beynəlxalq konfrans keçirilib. Tədbirdə alimlər, elm, mədəniyyət və incəsənət xadimləri, universitetin professor-müəllim heyəti, tələbələr, jurnalistlər iştirak edib. 
Universitetin prorektoru, professor Dilşod Qaipov bildirib ki, indiki dövrdə bütün istiqamətlərdə, o cümlədən ədəbi, mədəni-humanitar sahələrdə əməkdaşlıq durmadan inkişaf  edir. O, iki ölkə arasında ədəbi əlaqələrə həsr olunmuş konfransın əhəmiyyətindən danışıb.
“Kaspi” qəzetinin təsisçisi, yazıçı-publisist Sona Vəliyeva Cavid və Çolpan yaradıcılığından danışıb. Cavid yaradıcılığının bütövlükdə türk dünyasının dramaturgiyasının zirvəsi olduğunu qeyd edib. 
Sonda Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə Urgənc Dövlət Universiteti arasında əməkdaşlığa dair Memorandum imzalanıb. İki ölkə arasında ədəbi əlaqələr sahəsində xidmətlərinə görə azərbaycanlı alim Sona Vəliyevanın Urgənc Dövlət Universitetinin fəxri professoru seçildiyi elan edilib və bununla bağlı sənəd ona təqdim edilib.

 


Create Account



Log In Your Account