Jul 05 2019 16:37
Views: 190

Azərbaycan və Özbəkistan-qardaş ölkələr və strateji tərəfdaşlardır. Bakı və Daşkənd hər zaman bütün sahələrində bir-birini dəstəkləyib. Bunu  CBC-yə müsahibəsində Özbəkistanın baş nazirinin müavini Əziz Abduhakimov bildirib. İki ölkə arasında tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi məsələsi Bakıda keçirilən UNESKO Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində də müzakirə olunub. 

Əziz Abduhakimov bildirib ki, artıq Azərbaycan və Özbəkistan arasında mədəni humanitar sahədə əməkdaşlıq üzrə yol xəritəsinin hazırlanması və imzalanması haqqında razılıq da əldə olunub. Bu sənəd özündə 3 istiqaməti birləşdirir-təhsil, mədəniyyət və turizm.

Humanitar sahə ilə yanaşı Bakı və Daşkənd turizm sahəsində də uğurla əməkdaşlıq edir. Özbəkistanın baş nazirinin müavini də qeyd edir ki, ümumi turizm potensialını turistlər üçün birgə proqramlar təşkil etməklə və İpək Yolu ölkələri üçün vahid viza rejiminin tətbiqi ilə əldə etmək mümkündür. Azərbaycan və Özbəkistan YUNESKO çərçivəsində də fəal əməkdaşlıq edir və bir-birini dəstəkləyir.

İkitərəfli əməkdaşlıq həmçinin neft-qaz sahəsini əhatə edir. Tərəflər Azərbaycanda özbək mütəxəssislər üçün təcrübələrin təşkili barədə razılaşıblar.


Create Account



Log In Your Account