Jan 17 2019 15:12
Views: 402

Bu il dünyanın ən populyar onlayn-ensiklopediyası Vikipediyanın 18-ci ili tamam olur. Vikipediya rəsmi olaraq 2001-ci ildə istifadəyə verilib. 2004-cü ildə isə Azərbaycan seqmenti yaranıb. Bu gün elektron ensiklopediyada 300-dən çox dildə 40 milyon məqalə yerləşdirilib.

Bu il hamı üçün əlçatan, çoxdilli və universal internet-ensiklopediya olan Vikipediyanın Azərbaycan versiyasının 15 yaşı tamam olur. Burada Azərbaycan dilində 142 mindən çox məqalə yerləşdirilib. Onların hamısı ingilis, rus, fransız, ərəb, ispan və bir çox digər dillərə tərcümə olunub. Məqalələr mədəniyyət, tarix və Azərbaycan irsindən bəhs edir.

AMEA-nın Mərkəzi Elmi Kitabxanasının əməkdaşı bildirib ki, 2019-cu il görkəmli Azərbaycan şairi, mütəfəkkir və filosof İmadəddin Nəsimi ili elan olunduğuna görə, vikipediyada şairin həyatı və yaradıcılığını əhatə edən məqalələr yerləşdirəcəklər. Bunun üçün viki-könüllülər aktiv fəaliyyət göstərirlər.

Könüllülərin sözlərinə görə, layihədə iştirak etməyə onları informasiya ilə işləmək və yeni nələrsə öyrənmək həvəsi vadar edib.

Vikipediyanın Azərbaycan versiyasının inkişafı üçün son illər Milli Elmlər Akademiyasının müstəqil internet-resurslar şöbəsinin təşkilatçılığı ilə 250-dən çox könüllüyə treninqlər keçirilib. Könüllülərin sayəsində Azərbaycan haqqında minlərlə yeni məqalə yazılıb və Vikipediyaya yerləşdirilib. Həmin məqalələr xarici dillərə tərcümə olunub.


Create Account



Log In Your Account