Jul 10 2019 14:21
Views: 171

“Erməni mətbuatı öz ənənələrinə sadiq alaraq sərgidə nümayiş olunan 3 xalça üzərində xaç işarələrini əsas götürərək onları "erməniləşdirməyə" cəhd göstərir. " carpet beynəlxalq sözü əslində erməni sözüdür" kimi cəfəng fikirlər səsləndirən ermənilərin bu iddiasına o qədər də təəccüblənmək lazım deyil. Bunu CBC-yə açıqlamasında "Azərbaycan mədəni irsi Luvr Muzeyində" sərgisində nümayiş etdirilən xalçalarla bağlı ermənilərin iddialarına münasibət bildirən "Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Vidadi Muradov bildirib. Qeyd edib ki, Qafqazda xalçaçılığın xalqımızla bağlılığı danılmaz faktdır. Xalçaçılıq Azərbaycanın təbiəti, əhalimizin təsərrüfat imkanları, xalqımızın müxtəlif sənət sahələrində nümayiş etdirdiyi istedadı və bacarığı ilə bağlıdır.

Vidadi Muradov bildirb ki, dünyanın ən məşhur muzeylərində, kolleksiyalarında qədim Azərbaycan xalçaları və xalça məmulatları nümayiş olunur. Azərbaycan xalçaçısı bütün elementləri türklükdən qaynaqlanan, türk boylarının rəmzlərindən, işarələrindən ibarətdir.  Ermənilər xalçalarımız üzərində əsassız "erməni xaçı" və bu kimi erməni simvolizmləri axtarışlarına son qoymalıdırlar.

UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində Luvr Muzeyindən ölkəmizə gətirilən üç xalça "Azərbaycan mədəni irsi Luvr Muzeyində" adlı sərgidə nümayiş olunub. Bu xalçalar XVIII əsrin sonu – XX əsrin əvvəllərinə aid  Qarabağ xalçaçılıq ənənələrini əks etdirir. Erməni mətbuatı isə xalçaların üzərində guya erməni simvollarının olduğuna dair əsassız iddilarla çıxış ediblər. mütəxəssislər isə bildiri ki bu xalçalardan biri  bilavasitə Azərbaycan xalçaçılığı ilə əlaqədar olan "Əjdahalı" xalçasının törəmələri, digəri isə tarixən aran Qarabağda, daha doğrusu, Ağdamın Şıxbabalı kəndində toxunan xalçadır.


Create Account



Log In Your Account