Jan 20 2021 19:02
Views: 282
Hüzn günündə Şəhidlər Xiyabanını ziyarət edənlərin sırasında hərbçilər, bayraqlar gözə dəyir. Azərbaycan xalqının azadlıq və müstəqillik arzuları uğrunda canından keçənlərin görüşünə tələsənlər ilk növbədə qalib ordunun qalib əsgərləri idi. Deyirlər ki, qan yaddaşını unutmaq olmaz. Şəhid yaxınları daxil olmaqla 1990-cı il 20 yanvarında Azərbaycan xalqının başına gətirilən müsibəti unutmayanlar şəhidlərin ruhuna dualar oxuyur, onları yüksək ehtiram və minnətdarlıqla yad edirlər. Şəhidlər Xiyabanında bir neçə gün öncədən görülən hazırlıq işləri zamanı pandemiya şəraiti də nəzərə alınıb. Şəhidlərin müqəddəs xatirəsini yad edənlərin sırasında gənc nəsil xüsusilə fərqlənir. Kiçikdən böyüyə, milliyətindən, dinindən asılı olmayaraq bura gələn hər kəs bu ziyarəti özünün mənəvi borcu hesab edir. Ən çox da tarixi ədalətin bərpa olunmasına görə qürurlanırlar. Qeyd edək ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, saat 23:30-da fövqəladə vəziyyət elan edilmədən Bakı şəhərinə keçmiş Sovet İttifaqının qoşun hissələri yeridilib və dinc əhaliyə divan tutulub, Bakıda və ətraf rayonlarında 150 nəfər öldürülüb, 700-dən çox insan yaralanıb. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milis nəfərləri olub.

Create Account



Log In Your Account