Jan 18 2019 18:12
Views: 358

20 yanvar hadisələrinə beynəlxalq müstəvidə lazımı siyasi-hüquqi qiymət verilməməsi Azərbaycana qarşı ikili standartların növbəti təzahürüdür. Bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva 20 yanvar faciəsinin ildönümü ilə bağlı keçidiyi mətbuat konfransında deyib. Bildirib ki, xarici işlər nazirliyi 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqına qarşı törədilən qanlı faciənin tanıdılması üçün tədbirlər görür. Bu işlərin  gələcəkdə də davam etdirilməti  və  daha da genişləndiriləcəyi deyilir.

Leyla Abdullayeva   bildirib ki, 20 yanvar hadisəsini  Sovet İttifaqının totalitar komunist rejimi  Azərbaycanın milli istiqlaliyyət iradəsini qırmaq məqsədilə  torədilib.Bu işdə erməni millətçiləri də fürsətdən istifadə edərək Azərbaycana qarşı ərazi iddiaları irəli sürüb və yüz minlərlə azərbaycanlını  öz dogma ata-baba yurdundan didərgin salıb.

Leyla Abdullayeva bildirib ki, bu hadisələrə ilk siyasi qiyməti məhz  milli lider Heydər Əliyev Moskvada olarkən verib. özünün və ailə üzvlərinin təhlükəsizliyini düşünmədən qırğınlara görə, Sovet  hakimiyyətini günahlandırıb. Məhz  1994-cü ildə    milli liderin   fərmanına əsasən 20 yanvarla bağlı hadisələrə siyasi və hüquqi qiymət verilib. 20 Yanvar Azərbaycanda hüzn günü kimi qeyd olunur. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu Bakı şəhərinə daxil olaraq dinc əhalini vəhşicəsinə gülləbaran edib. Qanlı faciədə 137 nəfər şəhid olub, 744 insan yaralanıb, 841 nəfər qanunsuz olaraq həbs edilib.


Create Account



Log In Your Account