Apr 29 2019 18:27
Views: 432

“2018-ci ildə Azərbaycanla Xorvatiya arasında ticarət dövriyyəsi 16% artaraq 250 milyon dollar olub. Bunu Bakıda keçirilən Azərbaycan-Xorvatiya biznes-forumunda iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov deyib.Onun sözlərinə görə, iki ölkə arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsi üçün potensial mövcuddur. ticarət əlaqələri, investisiya sahəsində ikitərəli əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanlar var. Azərbaycan iş adamları xorvatiyalı həmkarları ilə əməkdaşlığa maraq göstərirlər.

Xorvatiya ilə Azərbaycan 2013-cü ildə strateji tərəfdaşlıq haqqında sənəd imzalayıb.  Bu illər ərzində iki ölkə arasında iqtisadi inkişaf yüksək qiymətləndirilir. Bunu isə forumda çıxış edən Xorvatiya Baş Nazirinin müavini, Xarici işlər və Avropa məsələləri naziri Mariya Buriç bildirib. Qeyd edib ki, Azərbaycanla Xorvatiyanı eyni yol birləşdirir və  bu, inkişaf yoludur. Qeyd olunub ki, son illər 32 milyard dollar sərmayə qoyulan Xorvatiyada əlverişli sahibkarlıq mühiti bərqərar olub. Xorvatiya biznes sahəsində əməkdaşlıqda maraqlıdır. 

Qeyd edək ki, forumda müxtəlif sahələri əhatə edən 80-dən artıq iş adamı iştirak edib. İki ölkənin iqtisadi imkanlarının nümayiş olunduğu təqdimatlar keçirilib. Bildirilib ki, tərəflər arasında nəqliyyat, tranzit, o cümlədən logistika sahəsində əməkdaşlıq üçün geniş potensial var və  Xorvatiyalı nazirinin Azərbaycana səfəri əlaqələrin genişləndirilməsində stimullaşdırıcı rol oynayacaq.   


Create Account



Log In Your Account