Sep 08 2018 18:29
Views: 509

Üçüncü Dünya Köçəri Oyunları Qırğızıstanın tarixində ən mühüm tədbirlərdən biri oldu. Bu haqda oyunların yekunlarına həsr olunmuş mətbuat konfransında Qırğızıstan Respublikasının baş nazirinin birinci müavini Kubatbek Boronov bildirib. Onun sözlərinə görə, oyunlar yüksək səviyyədə təşkil olunub, tədbirin proqramı zəngin olub, qonaqları özlərini əsl qədim köçəri sivilizasiyanın mühütində hiss edə biliblər. Oyunların keçirilməsinə 4 milyon dollar xəclənib. Ümumi mükafat fondu 400 min dollar təşkil edib:

“Üçüncü Dünya Köçəri Oyunlarının bağlanış mərasimində qonaqları yaddaqalan və parlaq bir şou gözləyir. Mərasimdə 500-ə yaxın artist, kaskadyor və idmançı çıxış edəcək. 2020-ci ildə növbəti oyunların Türkiyədə keçiriləcəyinı nəzərə alsaq, mərasimdə Oyunların rəmzi olaraq qəbul edən tərəfə verilməsi də təmin olunacaq. Həm də köçəri oyunlarının əsas simvolu olan qabda buzlu su və Qaliblər Kitabı  simvolik olaraq Türkiyə tərəfinə təqdim oluncaq”.  

Bu dəfəki olimpiada sözün əsl mənasında rekordları qırıb. Oyunlarda 74 ölkədən 1986 iştirakçı 37 idman növü üzrə yarışıblar. İlkin nəticələrə görə oyunlarda Qırğızıstan komandası 100 medalla liderlik edir. İkinci yerdə 69 medal sahibi olan Qazaxıstan, üçüncü yerdə Rusiya, növbəti pillələrdə isə Türkmənistan və Özbəkistan qərarlaşıblar. Azərbaycan komandası da Dünya Köçəri Oyunlarında uğur qazanıb. Belə ki,  komandamız oyunlarda 15 medal qazanıb. Güləş milli döyüşü üzrə bir qızıl, armgestlinq üzrə 2 gümüş, alış döyüşü, sambo və cüdo üzrə bir gümüş medalımız var. 

İdmançılarımız bel güləşi, pəhləvanların yarışı, qol güc yarışlarında da bürünc medala sahibləniblər. Azərbaycan komandası ümumilikdə 10 idman növü üzrə   medal qazanıb. Bu il Azərbaycan komandası  ötən dünya köçəri oyunlarına nisbətən daha yaxşı nəticə göstərib. Amma məşqçilər hesab edir ki, nəticələr yaxşı olsa da, növbəti yarışlara qədər onları yüksəltmək lazımdır. Ona görə də qarşıda gücləndirilmiş məşqlər və yeni yarışlara hazırlıq periodu gözlənilir. 
 
Üçüncü Dünya Köçəri Oyunları yeddi gün ərzində məşhur İssık-Kul gölünün ətrafında keçirilib və dünya mediası tərəfindən geniş işıqlandırılıb. Bu oyunları 56 ölkədən gələn 600-dən çox jurnalist işıqlandırıb.


Create Account



Log In Your Account