Jun 27 2019 19:46
Views: 359

"Azərbaycandakı bir neçə məkanın UNESCO-nun Dünya İrs siyahısına namizəd kimi irəli sürülməsi nəzərdə tutulur". Bu barədə Mədəniyyət naziri Əbülfəs Qarayev UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində keçirilən “Abidə Menecerləri Forumu"nda məlumat verib. Bildirib ki, indi ciddi şəkildə Şəkinin Xan sarayı və şəhərin qədim hissəsinin bu siyahıya salınması üzərində iş gedir.
Nazir qeyd edib ki, Naxçıvanın türbələrinin də siyahıya salınmasını nəzərdə tuturuq. Hazırda bu məkanlar normal vəziyyətdə olduğundan elmi cəhətdən əsaslandırılması prosesi getməlidir. Azərbaycanın kifayət qədər potensialı olduğunu qeyd edən Əbülfəs Qarayev bildirib ki, UNESCO-nun müsbət cavabı gələndən sonra onların adlarını açıqlanacaq. Öz növbəsində dünya irs mərkəzinin direktoru Mextild Rossler Azərbaycanla UNESCO arasında əməkdaşlığı möhkəmləndirməkdə maraqlı olduqlarını deyib.
8 gün ərzində davam edəcək forumda 50-dən çox ölkəni təmsil edən 70-ə yaxın şəxs iştirak edir. Abidə menecerləri bu tədbir günləri ərzində bir sıra iclaslarda və yığıncaqlarda iştirak edəcəklər. Bundan əlavə forum iştirakçıları "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunu, “Qobustan” Dövlət Tarixi-Bədii Qoruğunu və digər yerləri gəzəcəklər. İyulun 2-də iştirakçılar Dünya İrs Komitəsinin 43-cü sessiyasında xüsusi bəyanatla çıxış edəcəklər.


Create Account



Log In Your Account